XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Ərdoğan Azərbaycanla bağlı daha bir təsdiqləmə
SİYASƏT 09:31 / 22.04.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

Xəbər  verilir ki,  bununla bağlı qərar "Rəsmi Qəzetə"də dərc olunub.

Qərara əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıblar.(axar.az)


434 oxunub

InvestAZ