XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Türkiyə F-35-dən kənarlaşdırıldı: Ağardan mühüm açıqlamadr
SİYASƏT 09:29 / 22.04.2021

1952-ci ildə F-87 ilə başlayan strateji asılılığın artıq bitdiyinə dair son dərəcə əhəmiyyətli bir vəziyyət və tarixi məlumatlar arxivlərdə yer alacaq.

Yenisəs.az   Axar.az-a istinadla   xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırması barədə rəsmi açıqlamasına münasibət bildirərkən deyib.

"2030-cu ilə qədər sahib olduğumuz F-16-ları yeniləyib, gələcəkdə 4 və 5-ci nəsil səviyyəsinə qədər yüksəldə bilsək, yeni bir təyyarə modeli almağa ehtiyac qalmayacaq.

Bu, bir tarixi qırılma anıdır. Sadəcə siyasi deyil, geopolitik nəticələri də olacaq. Bəlkə də F seriyası ABŞ-dan asılılıqların sonudur", - Ağar vurğulayıb.

Qeyd edək ki, ötən gün Pentaqon rəsmən Türkiyənin F-35 proqramından çıxarıldığını elan edib.


421 oxunub

InvestAZ