XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib – VİDEO
HÜQUQ 08:51 / 22.04.2021

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində  "Artilleriya divizonunun atış və atəşin idarə olunması”, "Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və "Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.
Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.







427 oxunub

InvestAZ