XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Putin təhqir etdi: Bu ölkələr Şirxanın çaqqallarıdır - Video
DÜNYA 17:30 / 21.04.2021

Gah burada, gah da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar.

Yenisəs.az   Axar.az -a  istinadla  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Rusiyaya qarşı addımlarını şərh edərkən deyib.

"Biz real həyatda nə olduğunu görürük. Mən artıq demişəm ki, gah burada, gaha da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar. Əlbəttə, onların ətrafında dərhal Şirxanın ətrafındakı kimi hər cür kiçik Tabaki (çaqqal) fırlanır. Hər şey Kiplinqdəki kimidir. Öz suverenlərini (burda "öz ağası” mənasında işlədilir – red.) razı salmaq üçün züy tuturlar”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər Şərqi Avropanın bir sıra ölkələrindən Rusiya diplomatlarının qovulması Kremli özündən çıxarıb.



656 oxunub

InvestAZ