XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



ABŞ polisi qaradərili qızı güllələdi - ANBAAN VİDEO
DÜNYA 17:19 / 21.04.2021

Kolambus polisi ötən gün güllələnərək öldürülən qaradərili qızla bağlı materialları ictimailəşdirib.

Yenisəs.az   Axar.az-a istinadla xəbər verir ki, adının Makay Brayant olduğu bildirilən qadının əlindəki bıçaqla bir xanımı ayağından bıçaqladığı, polisin dəfələrlə xəbərdarlığına baxmayaraq, digər qıza da hücum etdiyi bildirilir.

Ohayo statının Kolambus şəhər polisi kadrları yaymaqla əslində polisin digər gənc qızı qorumaq üçün atəş açmağa məcbur olduğunu bildirib.

Polis atəşdən dərhal sonra qadına tibbi yardım göstərib, ancaq 4 güllə yarası alan qadını xilas etmək mümkün olmayıb.

Atəş açan polis patrul xidmətindən müvəqqəti olaraq kənarlaşdırılıb.



624 oxunub

InvestAZ