XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Əbülfət MƏDƏTOĞLU yazır: - ZƏNG ET.... (Yuxulu istəyin şeiri)
YAZARLAR 15:13 / 21.04.2021

Zaman donur, susanda -
Təşnəsi olduğum səs...
Fikir məni asanda -
Bitir, həyata həvəs...
Gözlərim ayaqyalın ,
Gəzdikcə tanış izi...
Təngənəfəs xəyalın -
Əsir, titrəyir dizi...
Üşüyən əlləri də
İsitmir ovuşdurmaq...
Pərən düşən sözləri -
Zülm olur qovuşdurmaq...
Barmaqların yaddaşı -
Orda telin sayı var...
Təkliyimin adaşı -
Üstümə gələn divar...
Səssizliyin donduğu,
Zamanım buzdan qəfəs...
Zəng et, açım telefonu -
Nəfəs olsun, səs. nəfəs!



2195 oxunub

InvestAZ