XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edildi - YENİLƏNİB
Gündəm 14:45 / 21.04.2021

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlu dəfn edilib.

"Report”un məlumatına görə, əsgər Q.Kərimli doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

12:03

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.

"Report”un məlumatına görə, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. O, Azərbaycanın işğal altındakı torpaqlarını düşmən tapdağından azad etmək üçün 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu "Cəsur döyüşçü” medalı ilə təltif edilib. 


542 oxunub

InvestAZ