XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Azərbaycanda tanınmış şair-dramaturq dünyasını dəyişdi - FOTO
Sağlamlıq 10:45 / 21.04.2021

Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Yenisəs.az  bildirir ki,    uzun  müddədir ki . xəstəlikdən əziyyət çəkən yazıçı dünən dünyasını dəyişib.

Qeyd edək ki, Ramiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirib, 1961-1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirib.

Ramiq Muxtar 1968-1971-ci illərdə "Şərq qapısı” qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib.

Ramiq Muxtar 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Ömrünün son illərində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışıb.

Ramiq Muxtar on bir yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub.

Ramiq Muxtar həm də nəğməkar şairdir. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Ramiq Muxtar 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb.


733 oxunub

InvestAZ