XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Baş nazir Rusiyaya səfər edəcək
SİYASƏT 09:16 / 21.04.2021

Dünən   Rusiya Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova telefonla zəng edib.

Yenisəs.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT” və "GAZon NEXT” kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.


576 oxunub

InvestAZ