XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Paytaxtda yaşayış binasında yanğın baş verib
HÜQUQ 09:11 / 21.04.2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Yenisəs.az  FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, binanın üçüncü mərtəbəsində elektrik naqilləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.


541 oxunub

InvestAZ