XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Çavuşoğlu Moskva səfərinə hazırlaşır
SİYASƏT 08:49 / 21.04.2021

"Ölkədə koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcəm".

Yenisəs.az  Publika.az-a  istinadla  xəbər verir ki, bunu ölkənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.​​​​​​

Nazir deyib ki, Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırıb:

"İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər:

"Sonra biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdur. Biz inandırıcı görünməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq".

Xatırlada ki, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.


765 oxunub

InvestAZ