XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Əbülfət MƏDƏTOĞLU : - ÇİÇƏK... (Yaddaşımdakı günün şeiri...)
YAZARLAR 10:13 / 19.04.2021

Hər açılan sabahla,
Açılır bir çiçək də...
Dua var hər sabahda -
Gözəllik hər çiçəkdə!
Bax üzünə, dan üzü
Nurlanır hər an üzü!
Üzünə üz san üzü -
Ay ürəyim, çiçəklə...
Ruhu sancağa taxan,
Donur yerində bax, an!
Arxanca durub baxan -
Gözü şehli çiçəksə....
Sevgi qəlbdə, gözdəmi
Hər bir anın öz dəmi...
Xoş olduqca göz dəmi -
Gör nə çəkir, çiçək, nə?!


1107 oxunub

InvestAZ