XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Füzulidə daha bir erməni meyiti tapıldı
KRİMİNAL 09:54 / 18.04.2021

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.

Yenisəs.az  Publika.az -a  istinadla  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib.

Meyitin şəxsiyyətini müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 543-ə çatıb.


719 oxunub

InvestAZ