XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Xəzər donanmasının 15 gəmisi Krıma göndərildi
SİYASƏT 11:55 / 17.04.2021

Rusiyanın Xəzər donanması gəmilərinin Qara dənizə keçidi başa çatıb.

Yenisəs.az  Axar.az-a istinadla bildirir ki,   bu məlumatı Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti yayıb.

Qara dənizə keçən gəmilərin 15 olduğu bildirilib. Onların sırasında 3 artilleriya və 8 desant kateri var.

Xəzər donanmasının gəmilərinin Qara dənizdə təlimdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, Rusiya son bir həftə ərzində Krıma aktiv şəkildə hərbi texnika yığır. Hərbi gəmilərlə bərabər Qafqazdakı 58-ci ordunun bəzi hərbi birlikləri, eləcə də müxtəlif hərbi təyyarələr təcili şəkildə Krıma yerləşdirilib.


671 oxunub

InvestAZ