XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Rusiya miqrantlara iki ay vaxt verdi – 120 min azərbaycanlı qayıdır?
SİYASƏT 11:49 / 17.04.2021

Rusiya Daxili İşlər nazirinin müavini Aleksandr Qorovoy MDB Parlamentlərarası Assambleyasının plenar iclasında iştirakçı ölkələrin nümayəndələrinə hazırda Rusiya ərazisində olan qanunsuz miqrantlarla profilaktik iş aparılması xahişi ilə müraciət edib.

Yenisəs.az Teleqraf.com-a  istinadla  xəbər verir ki, nazir müavini bu xahişi onların məcburi şəkildə Rusiyadan çıxarılmasını önləmək üçün etdiyini bildirib.

"Hazırda mənim ölkəmin ərazisində qanunsuz olaraq bir çox vətəndaşınız var. Prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, bu insanları iyunun 15-dək çıxarmasaq, onlar cəzalandırmaya məruz qalacaqlar. Sərhədlərimiz onların üzünə bağlı qalacaq. Mən öz dövlətlərinizlə, KİV-lə birgə təşviqat işləri aparmağınızı istərdim”, – deyə Aleksandr Qorovoy bildirib.

O qeyd edib ki, hər bir məsələnin həlli üçün xarici dövlətlərin vətəndaşlarına iki ay vaxt verilib. Bilet almaq üçün vaxtı olmayanlar xaric oluna bilərlər. Bu zaman onlar avtomatik olaraq Rusiyaya beş il müddətinə giriş hüququndan məhrum olunacaqlar.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində 120 mindən çox Azərbaycan, 61 mindən çox Ermənistan, 49 mindən çox Qazaxıstan, 115 mindən çox Qırğızıstan, 247 min Tacikistan, 332 min Özbəkistan, habelə 152 min Ukrayna vətəndaşı qanunsuz olaraq qalmaqdadır. Bu, lazımi sənədləri və qanuni işi olmayan bir milyondan çox əcnəbi deməkdir.



1003 oxunub

InvestAZ