XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
KRİMİNAL 10:06 / 17.04.2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü "isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Yenisəs.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


794 oxunub

InvestAZ