XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
Maraqli 15:44 / 14.04.2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunan ərazilərdə heyvanların rentraduksiya tədbirlərini davam etdirəcək.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

Onun sözlərinə görə hazırda bu istiqamətdə işlər davam etdirilir:

"Bildiyiniz kimi, biz Şirvan Milli Parkında yetişdirilən ceyranları Acınohur çölünə buraxmışıq. Bu istiqamətdə təcrübə var. Biz həmin heyvanların işğaldan azad olunan ərazilərdə də buraxmaq istəyirik. Təbii ki, bunun üçün təhlükəsizlik tədbirləri görülməlidir. Təhlükəsizlik tədbirləri görüləndən və ərazilər minalardan təmizlənəndən sonra bu tədbirlər də geniş vüsət alacaq".


1174 oxunub

InvestAZ