XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Lavrovdan AB-yə İran mesajı: Bu, bədbəxtlikdir!
SİYASƏT 17:29 / 13.04.2021

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini İrana qarşı sanksiyalara görə tənqid edib.

Yenisəs .az bildirir ki,  bnunu    Lavrov jurnalistlərə açıqlamasında deyib.

"Avropa Birliyinin İranın rəsmi şəxslərinə qarşı insan haqlarını pozmağa görə sanksiya tətbiq etdiyini heyrətli şəkildə öyrəndim. Mən bu qərarın mətnini görməmişəm, amma faktın özü çoxlu sayda suallar yaradır. Əgər AB-də hansısa koordinasiya mövcud deyilsə və sağ əlin etdiyini sol bilmirsə, bu, sadəcə bədbəxtlikdir. Əgər bu qərar danışıqların qızğın vaxtında bilərəkdən qəbul edilibsə, bu, artıq bədbəxtlikdir, bu, artıq cinayətdən betər səhvdir”, – deyə o bildirib.

O, Vyanada danışıqları dağıdacaq bütün cəhdləri qınadığını bildirib.

Qeyd edək ki, AB Şurası İrana sanksiyaları daha bir il uzadıb. Bundan əlavə siyahıya yeni 8 fiziki şəxs və 3 şirkətin adı əlavə olunub. Onlar İranda 2019-cu ildəki aksiyaları sərt şəkildə dağıtmaqda günahlandırılıblar.


779 oxunub

InvestAZ