XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



ÖZÜMƏ TƏSKİNLİK ŞEİRİ - Əbülfət MƏDƏTOĞLU (Saralan dəftərdən)
YAZARLAR 09:24 / 10.04.2021

Adını göyərdən , dilim
Qadını kövrəldən dilim...
Sevgini öyrədən dilim -
Hələ də deyirlər laldı...
Ay bulud tək dolan ürək,
Dön başına, dolan, ürək!
Məndə onun olan, ürək -
Sevgidən daddığın baldı!..
Əlin ələ geynən əlim
Çox gedirdin, göynən , əlim!
Deyim eşit, öyrən, əlim -
Dərd yetişib, vüsal kaldı!...
Gizlin şəklin çəkən gözüm,
Az bax, düşər ləkən, gözüm!
Elə bilmə təkəm, gözüm -
Mənə bu məhəbbət qaldı....



1601 oxunub

InvestAZ