XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Gündəm 17:30 / 07.04.2021

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən   Yenisəs.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".


1029 oxunub

InvestAZ