XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Universitetin həyətində Xarıbülbül yetişdi - Foto
Maraqli 17:15 / 07.04.2021

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində Xarı bülbül çiçəyi bitib.

Bu barədə universitetin rektoru Gülçöhrə Məmmədova sosial şəbəkədə paylaşım edib:

"AzMİU-nun həyətində Qarabağın, Şuşanın, böyük Zəfərimizin rəmzi Xarı bülbül bitib. Şuşanın dağlarında rast gəlinən bu nadir bitkinin universitetin həyətində bitməsi çox gözəl təsadüfdür. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül təbiətin ən böyük möcüzələrindəndir".(teleqraf.com)


843 oxunub

InvestAZ