XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Azərbaycanda böyük kvars yatağı aşkarlandı
İqtisadiyyat 21:48 / 06.04.2021

İki ay əvvəl Böyük Qafqazın cənub yamacında, yəni Qax rayonu ərazisində böyük kvars zonası aşkarlanıb. İncələmə mərhələsindən, laboratoriya təhlillərindən sonra ilkin göstəricilərinə görə, onun ağ kvars olduğu qənaətinə gəlinib. İlkin laboratoriya təhlillərindən sonra ola bilsin ki, şəffaf şüşə istehsalı üçün kvars yataqlarına malik olacağıq. Bu istiqamətdə işlər gedir.

Yenisəs.az  Publika.az-a istinadla  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook” səhifəsində yayımlanan "Ekspert saatı”nda nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, Azərbaycanda kəşf edilmiş kvars yataqları, yəni kvars qumu yalnız rəngli şüşənin istehsalı üçün keçərli olduğuna görə, istismarçılar adətən xaricdən qum idxal edirlər: "Lakin onu da qeyd edək ki, yetəri qədər kvars qum yatağımız var. Abşeron yarımadasında da belə bir qum yatağı mövcuddur. Quba-Qusar zonasında, Kiçik Qafqazda da həmin yataqlara rast gəlinir”.


1054 oxunub

InvestAZ