XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Alparslan Türkeşin ölümündən 24 il keçir - Hulusi Turqutun xatirələri
Maraqli 13:08 / 02.04.2021

Alparslan Türkeş...

27 May 1960 İnqilabının Qüdrətli Polkovniki və sonrakı illərdə Türk siyasətinin ən rəngli simalarından biri idi.

Türkeş idealist, milliyətçi, yurdsevər bir siyasət adamı idi.

Ankara radiosunda "Silahlı Qüvvələr”in rəhbərliyi ələ keçirməsini açıqlayan "İnqilab bəyannaməsi”ni qalın və gur səsilə Türkeş oxumuşdu.

O, artıq İnqilabın Qüdrətli Polkovniki olmuşdu.

Ancaq bir müddət sonra inqilabçılar iki qrupa bölündülər. 13 noyabr 1960-cı il bazar günü basqın edilən qrup 14 inqilabçı dostunu həbs etdi. Ardınca sürgün etdilər. Türkeş sürgün edilənlərin başında idi və Hindistanın paytaxtı Yeni Dehliyə sürgün edilirdi.

Türkeş 3 il sürgündə oldu. 1963-cü ildə Vətənə qayıdan kimi xüsusi dəvətlə Respublikaçı Kəndli Millət Partiyasına üzv seçildi. Partiyanın sədri Osman Bölükbaşı sədrlikdən istefa verdiyi üçün qurultay keçirildi və nümayəndələr İnqilabın Qüdrətli Polkovniki Türkeşi sədr seçdilər.

Türkeş bir müddət sonra partiyanın adını Milliyətçi Hərəkat Partiyası olaraq dəyişdi. "Üç hilal” emblem edildi və Türkeş "Başbuğ” oldu.

Bu gün AKP-nin ortağı olan və iqtidar partiyasını dəstəkləyən milliyətçi MHP 58 il əvvəl belə quruldu.

Alparslan Türkeş 1917-ci ildə Kiprdə doğulmuşdu.

Türkeşin ailəsi 1930-ci illərin əvvəllərində Kiprdəki iki evini sataraq Türkiyəyə köçməyə qərar verdi. Kipr ingilis hegemonluğu altında olduğu üçün ailə Türkiyəyə ingilis pasportu ilə girdi.

Qəzetçi-yazar Hulusi Turqut Türkeşi yola gətirib onun xatirələrini yazmağı bacaran ilk qəzetçidir. Türkeş Hulusi Turquta Türkiyəyə necə köçdüklərini belə danışmışdı:

"Bir sərnişin gəmisilə Kiprin Larnaka limanından ayrılarkən göyərtəyə çıxıb adaya baxaraq içimi çəkdim, "Buranı əlbəttə bir gün azad edəcəyik” deyə dodağımın altında mırıldandım.

Vətən torpaqlarına ilk addımımızı Topxana ətraflarında atdıq və dincimizi Sirkəçidəki Səadət Otelində aldıq. Heç vaxt itirmədən ailəmizin ev tutub İstanbula yerləşməsini və dərhal Kuleli Hərbi Liseyinə yazılmağımı istəyirdim.

İstanbuldakı keçən ikinci gün Çəngəlköyə gedib "Qeyd Qəbul Komissiyası”nı tapdıq. İşçisi Muzafferettin bəy ilə aramızda bu dialoq baş tutdu:

- Siz Türk deyilsiniz. Sizi qəbul edə bilmərəm!

- Bəy əfəndi, biz Türk oğlu Türkük!

- Amma pasportunuz ingilis pasportudur.

- Qəbahət sizdədir. Bizi ingilislərin əlinə verdiniz!

- Övladınızı qeydə ala bilmərik, buyurun, gedin!

Bu hadisə mənə çox pis təsir etdi. Dostlarımız işə qarışdı. CHP İzmir müavini Sırrı bəylə tanış olduq. O, Baş qərargah rəisi marşal Fevzi Çakmak ilə görüşmüş, Çakmakın əmrilə ingilis vətəndaşı olmağıma rəğmən "müvəqqəti” qeydilə Kuleli Hərbi Liseyinə qəbulum baş tutmuşdu. Daha sonra Türkiyə Respublikasının vətəndaşı olunca əsl qəbulum da reallaşdı.

Alparslan Türkeş sürgünə göndərildiyi Hindistandan qayıtdığı günlərdə palkovnik Talat Aydəmir onu "yeni bir inqilab edəcəyik, sən də bizə qoşul” deyə xuntaya girməyə dəvət etdi. Türkeş təklifi rədd etdi.

Bir il əvvəl 22 fevralda uğursuz inqilab cəhdi edən və dövrün Baş Naziri İsmət İnönünün səyləri nəticəsində Məclis tərəfindən əfv edilən polkovnik Talat Aydəmir 21 may 1963-cü ildə (Türkeşin qoşulmağı rədd etdiyi) ikinci çevriliş təşəbbüsünə əl altdı. Yenə uğursuz oldu və həbs olundu. Həbs olunanlar arasında Alparslan Türkeş də vardı. Mamakdakı Hərbi Tribunalda edam cəzası ilə mühakimə olundular.

Uzun həbsxana həyatından sonra Türkeş azadlığa çıxdı.

Hərbi Akademiyanın komandiri olan inqilabçı polkovnik Talat Aydəmir isə edam edildi.

1980-ci ildə 12 sentyabr hərbi çevrilişi baş tutdu. Türkeş daha sonra "Kenan Evrən çevrilişi” deyə anılan bu çevrilişdən necə xəbər aldığını Hulusi Turquta belə danışır:

"MHP-ni ölkə çapında inkişaf etdirərkən koalisiya hökümətlərində də vəzifə aldıq. 11 sentyabr çərşənbə axşamı Bahçelievlərdəki partiya binasından çıxdım, evimə gedirdi. Bir hərbi maşın bizi saxladı. Əsgərlər məni tanıyırdılar. İçlərindən biri:

"Komandir, Kenan Evrən bu axşam inqilab edəcək”- dedi.

Həqiqətən gecə yarısı çevriliş hərəkatı başladı. Bütün siyasi liderləri tuturdular. Evimdən 500 metr o yanda yaşayan bir dostumun evində 3 gün qonaq olduq. Daha sonra təslim oldum. Məni təyyarə ilə İzmirə apardılar. Oradan helikopterlə Uzunadaya yolladılar. Adada 20 gün qaldıq. Bu müddətdə Ərbakanla da qarşılaşdıq.

Daha sonra bizi yenidən Ankaraya apardılar. İstintaq başladı, sorğuya girdim. Qarşımda 22 dövlət ittihamçısı var idi. Bunlardan sadəcə 6-sı sivil idi. Ərbakanı buraxdılar, məni tutdular!”.

Alparslan Türkeş 12 sentyabr çevrilişinin ardınca 3 il yarım həbs cəzası çəkəndən sonra azadlığa çıxdı, yenidən siyasi həyata qayıtdı.

4 aprel 1997-ci ildə vəfat edəndə 80 yaşı var idi.

Dəfn mərasimində Türk dünyanın bütün öndə gedən insanları var idi.

 

Dilimizə uyğunlaşdıran Eminquey

Mənbə: "Sözçü" qəzeti, Rahmi Turanın "Ölümünün 24’üncü yılında ALPARSLAN TÜRKEŞ" yazısı

 


1667 oxunub

InvestAZ