XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Rus donanması tarixində ilk: Nüvə enerjisi ilə işləyən 3 sualtı qayıq... - Video
Maraqli 17:08 / 27.03.2021

Rusiya donanmasının 3 nüvə enerjisi ilə işləyən sualtı qayığı donanma tarixində ilk dəfə Arktika təlimləri zamanı buzun altından 300 metr radiusda eyni anda su üzərinə çıxıb.

Teleqraf.com xəbər verir ki, bunu rus donanmasının komandanı, admiral Nikolay Yevmenov bildirib.

Bu hadisənin rus donanması tarixində ilk olduğunu vurğulayan komandan deyib ki, Franz Jisef arxipelaqında, Aleksandra Lands İsland və qonşu sularda Arktika təliminin həyata keçirildiyi "Umka-2021” layihəsində Rus Coğrafiya Cəmiyyəti də iştirak edib:

"Burada döyüş hazırlığı, elmi araşdırmalar və alt qütb bölgələrində müxtəlif praktik tədbirlər planlı şəkildə həyata keçirilib”.

Qeyd edək ki, təlimlərdə 600-ə qədər hərbçi və mülki insan iştirak edib.

Məlumata görə, təlimlər keçirilən zaman hava 25-30 dərəcədə şaxta olub, eləcə də buzun qalınlığı 1,5 metr və küləyin sürəti saatda 23 metrə qədər çatıb.




1643 oxunub

InvestAZ