XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Sabah güclü külək əsəcək, rayonlara yağış, qar yağacaq - Xəbərdarlıq
MƏMLƏKƏT 19:37 / 21.03.2021

Martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s, martın 23-ü gündüzdən 24-ü səhərədək isə cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Yenisəs.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 22-si Azərbaycanın şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.


2238 oxunub

InvestAZ