XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



7 ev əşyaları ilə birlikdə kül oldu - Video
MƏMLƏKƏT 09:45 / 17.03.2021

Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.

Yenisəs.az  Bakı TV-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xoşbəxtlikdə xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.

Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.


2178 oxunub

InvestAZ