XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



İşğaldan azad edilən Ağdamda torpaq sahələri yazlıq əkinə hazırlanır - RƏSMİ
MƏMLƏKƏT 20:58 / 11.03.2021

Ağdam rayonunun işğaldan azad edilən ərazilərində yazlıq əkinə hazırlıq gedir.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.

O bildirib ki, artıq minalardan təmizlənmiş bir neçə kəndin əkin sahəsi yazlıq əkinə hazırlanır: "Rayonun Maqsudlu, Sarıcalı, Ağdamkənd, İsmayılbəyli və digər kəndlərinin ərazisi təmizlənib. Yaxın vaxtlarda ərazidə yazlıq əkin prosesinə start veriləcək".

A.Əliyev bildirib ki, işğaldan azad olunan 2 190 hektar ərazi minalardan təmizlənərək orada taxıl əkilib.


2911 oxunub

InvestAZ