XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



"Bizimlə kimsə təkəbbürlə danışa bilməz" - Ərdoğanın köməkçisi
SİYASƏT 21:46 / 08.03.2021

"Bizimlə heç kimsə təkəbbürlə "ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərnə görə, Rusiya istehsalı olan "S-400” zenit raket kompleksini əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks-nəticəsi də ola bilər:

"Bizimlə heç kim təkəbbürlə "ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər”.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan "S-400” alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir. (Unikal.org)


1141 oxunub

InvestAZ