XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Salyanda qadınlar maşın oğurladı
KRİMİNAL 21:15 / 08.03.2021

Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus "Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  Yenisəs. az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


1179 oxunub

InvestAZ