XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



İkili vətəndaşlığı olan şəxs bunu etməlidir – Video
HÜQUQ 12:24 / 04.03.2021

Başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bir ay müddətində Dövlət Miqrasiya Xidmətinə və ya həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna yazılı müraciət etməlidir.

Yenisəs.az Axar.az-a istinadən  xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaydığı videoda yer alıb.

Bildirilib ki, bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə-anket forması yerləşdirilib.

"İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınırlar”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti bugündən vətəndaşları maraqlandıran sualları kiçik video-materiallarla cavablandıracaq.



1715 oxunub

InvestAZ