XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Moskva Vaşinqtonun yeni siyasətini alqışladı
SİYASƏT 10:03 / 04.03.2021

Vaşinqtonun rejimləri devirməyəcəyi və zorla demokratiyanı təşviq etməyəcəyinə dair açıqlaması doğru qərardır.

Yenisəs.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin demokratiya ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

"Bu, ecazkar bir tezisdir. Nəhayət, ABŞ doğru qərarı verdi. Ancaq qeyd etmək istərdim ki, demokratiyanı deyil, heç bir şeyi zorla təşviq edə bilməzsiniz, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etmədən fərqli üsullardan yararlanmaq olmaz", - Zaxarova deyib.

Zaxarova ABŞ rəsmilərinə BMT-nin nizamnaməsini yenidən oxumağı məsləhət görüb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun artıq rejimləri devirməyəcəyini və demokratiyanı zorla təbliğ etməyəcəyini bəyan edib.(axar.az)


1950 oxunub

InvestAZ