XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Azərbaycanda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Gündəm 11:55 / 26.02.2021

Bu gün Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Bu barədə Yenisəs.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlarda fit veriləcək. Sükut saat 17:00 - da olacaq.


865 oxunub

InvestAZ