XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



İlham Əliyev Şağan pansionatının açılışında iştirak etdi
Gündəm 13:40 / 25.02.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Yenisəs.az  xəbər verir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.


1068 oxunub

InvestAZ