XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Bu qadın nə danışdığını bilmir... - Fazil Mustafa yazır
Gündəm 12:24 / 25.02.2021

Sosial şəbəkə təxribatçılarından biri də Aynur Məcidova adlı şəxsdir. "Ağ yol", İnkişaf qrupu adlı səhifələrdən paylaşımlar edərək "Hərbçilərin maaşının kəsilməsini istəyən spikerin cavabın xalq versin. Bu qadın nə danışdığını bilmir..." formasında Milli Məclisin sədri Sahibə Qafarovanın fotosunu yerləşdirərək təxribatçı çağırış edir. Milli Məclisin iclasında spiker hərbçilərin maaşının kəsilməsi tələbi ilə ümumiyyətlə hansısa fikir ifadə etmədi. Sadəcə bildirdi ki, "hazırda Qarabağ döyüş bölgəsi deyil". Burada yanlış olan nə var ki? Yəni Qarabağda hazırda döyüşlər getmir. Kimsə ermənilərin təxribatçı adddımlarından narahatçılıq ifadə edə bilər və ya gələcəkdə döyüşlər başlaya bilər, ancaq hazırda ən azı imzalanan bəyanata görə döyüşlər dayandırılıb. Hərbçilərin maaşlarının lazımi qaydada verilməsinin də Milli Məclisdə tərəfdarı olmayan kimsə tanımıram. O halda bu nə çirkin təbliğatdır aparılır?

Kimliyi məlum və ya məchul olan bu kimi şəxslərin paylaşımlarına diqqətlə yanaşmaq lazımdır. Olmayan bir şeyi öz istədikləri kimi manipulyasiya edib xalqı təhrikedici çağırışlarla çaş-baş salmağa çalışırlar. Bu düşünülmüş bir üslubdur, yalanı uydurduqdan sonra məsələnin mahiyyətinə varmadan hər kəs əsassız ittihamlarını konkret şəxsə yönəltməyə başlayır. Sonra da ilkin mənbə yoxa çıxır. İndi bu Aynur Məcidova adlı təxribatçı uydurduğu "hərbçilər maaşı kəsilsin" cümləsini hansısa mənbədən axtarıb tapıb göstərə biləcəkmi? O boyda millətin gözü qarşısında həyasızcasına bu cür qondarma ittiahamları tirajlayanda buna inananlar da özlərini sorğulasalar daha yaxşı olardı.


2056 oxunub

InvestAZ