XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Gürcüstanın baş naziri Azərbaycana dəvət olundu
Gündəm 20:51 / 24.02.2021

Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Yenisəs.az Teleqraf.com-a istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, gürcü həmkarına fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər.



1069 oxunub

InvestAZ