XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Gündəm 19:16 / 24.02.2021

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirirlər.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenisəs.az-a verilən məlumata görə, RPŞ-nin PPX bölüyünün əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Bundan əlavə, sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər. Həmçinin RPŞ-nin Dövlət Yol Polisi bölməsinin inspektorlar tərəfindən rayon ərazisində nəqliyyatın hərəkəti tənzimlənir, qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.


999 oxunub

InvestAZ