XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Ərdoğan: “Nə edirlər etsinlər, birliyimizi poza bilməyəcəklər”
SİYASƏT 15:26 / 24.02.2021

Türkiyənin terrorla mübarizədəki qətiyyəti xaricdə bir çox insanı narahat edir. Sərhədlərimizdə və onun xaricində apardığımız terror əməliyyatları qanuni haqqımızdır. Bunun üçün kimdənsə icazə almalı deyilik.

Yenisəs.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, kimsə bu mübarizəyə "amma”, "fəqət” ifadələri ilə kölgə salmağa çalışırsa, həyati səhv etdiyini anlamalıdır.

"İllərdir Qərb dostlarımıza terror təşkilatları ilə bağlı xəbərdarlıq etdik, bir gün sizə də toxunacaqlar dedik, amma eyni səhvlər təkrarlanır. Nə edirlər etsinlər, millətimizin birliyini və qardaşlığını poza bilməyəcəklər”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin əlavə edib ki, Balkanlardan Qafqaza, Afrikaya qədər hər bir qardaşımızın yanında olmağa davam edəcəyik.


881 oxunub

InvestAZ