XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Marneulidə bir ailənin üç üzvü evdə ölü tapıldı
KRİMİNAL 19:34 / 20.02.2021

Marneulinin Qoqebaşvili küçəsində 1 evdə 3 nəfər şəxs ölü tapılıb.

 Gürcüstan mətbbuatı   xəbər verir ki, dünyasını dəyişən hər üç şəxsin həmin evdə kirayədə qalan bir ailənin üzvləridir.

Şahidlər dünyasını dəyişən ailənin cansız bədənini qonşulardan birinin bu gün, səhər saatlarında tapdığını bildiriblər.

Onlar qeyd edirlər ki, həyatını itirən ailənin evində su açıq qaldığına görə, qonşulardan biri ev sahiblərinə bildirmək üçün evlərinə gedib və onları çağırıb, lakin evdən cavab verən olmayıb. Bu zaman qonşu evə məcburən daxil olub və onların hər üçünün cansız bədəni ilə qarşılaşıb.

Qonşular dünyasını dəyişən şəxslərin dəm qazından zəhərlənə biləcəklərini ehtimal edirlər.

Hazırda dünyasını dəyişən şəxslərin cənazəsi polis tərəfindən tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, dünüyasını dəyişən şəxslər bir ailənin üzvü, qadın, həyat yoldaşı və onların övlatlarıdır.(publika.az)


1358 oxunub

InvestAZ