XƏBƏR LENTİ
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Nadir Qafarzadədən maraqlı açıqlama - Foto
Şou biznes 16:20 / 10.02.2021

Müğənni Nadir Qafarzadə MTV Azərbaycan kanalında qonaq olub.

Yenisəs.az Teleqraf.com -a istinadən  xəbər verir ki, müğənni aparıcının " Nadir Qafarzadə baba olmaq istəyirmi?" sualına cavabda deyib: "Böyük oğlumun 25 yaşı, kiçik oğlumun isə 20 yaşı var. Sosial şəbəkələrə görə, bəzi gənclər evlənməkdən qorxurlar. Oğlum mənə deyir ki, ata, qorxuram, sabah nişanlımı və ya həyat yoldaşımı tiktokda poz verərkən görüm.

Bu qorxular hər ailədə var. Qız və oğlan ailələri bu problemi yaşayırlar. Sosial şəbəkələrdə o qədər çirkablar oldu ki. Bu gün bəzi insanlara sahibsiz demək məcburiyyətindəyik. O çirkabı yaradanlar gənclərin evlənməkdən çəkinməsinə səbəb oldular. Ölkədə boşanmlar da çoxalıb.

Mən də istəyirəm ki, evimə gəlin gətirim. Oğlum evlənmək istəməyəndə narahat oluram, fikrim onda qalır ki, yalqız həyat keçirəcək? İnsanın yanında ömür-gün yoldaşı olmalıdır. Hazırda ailələrdə boşluqlar yaranıb və bu da kişilərdən irəli gəlir. Bunda birmənalı şəkildə kişilər günahkardırlar. Çünki kişinin ailədə rolu çox böyükdür".


3302 oxunub

InvestAZ