XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



623 direktor vəzifəsi boşdur - SİYAHI
İqtisadiyyat 14:50 / 10.02.2021

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Publika.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

https://edu.gov.az/uploads/news/02/D%C4%B0Q-vakant-yerler-2021.pdf


1372 oxunub

InvestAZ