XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Çində puldan istifadə olunmayacaq
İqtisadiyyat 20:26 / 09.02.2021

Rəsmi Pekin ölkənin Mərkəzi Bankının rəqəmsal valyutasından (kriptovalyuta) istifadə etmək üçün təcrübə çərçivəsində vətəndaşlara təxminən 1,5 milyon dollar paylayacaq. Bu, rəqəmsal pulun üçüncü sınağıdır: bundan əvvəl analoji sınaq Şençjen və Sujou şəhərlərində keçirilmişdi.

Yenisəs.az  Publika.az-a  istinadən  xəbər verir ki, Sankt-Peterburq Dövlət Universitetinin Kitab Texnologiyaları Mərkəzinin Elmi direktoru, "Elektron Pul və Pul Köçürmələri" Dərnəyi Şurasının sədri Viktor Dostov Çində rəqəmsal valyutanın sınanması prosesini şərh edib.

Sankt-Peterburqda Beynəlxalq Bank Konqresi.  İkinci gün

O, rəqəmsal valyutalar məsələsində Çinin, həqiqətən, hamını geridə qoyduğuna inanır: "Rəqəmsal yuan layihəsi avrodan və ya rubldan çox irəli getdi və bu başadüşüləndir: Çin bunu niyə etdiyini çox yaxşı bilir”.

Mütəxəssis digər ölkələrin mərkəzi banklarından fərqli olaraq, Çin Mərkəzi Bankının hədəflərini ardıcıl və praqmatik şəkildə davam etdirdiyini bildirir.

Qeyd edək ki, Pekində keçiriləcək 2022 Olimpiadası yaxınlaşdıqca rəqəmsal valyuta ilə bağlı pilot layihələrin sayı artacaq.

Çində rəqəmsal valyutanın mövcud valyutaya bənzər şəkildə istifadə ediləcəyi gözlənilir: onunla mövcud ödəmə tətbiqetmələri ilə ödəmək mümkün olacaq.


1367 oxunub

InvestAZ