XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Ezamiyyə xərcləri ilə bağlı normalar dəyişdi
MƏMLƏKƏT 13:12 / 29.01.2021

Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik edib.

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilməsi barədə hissə ləğv edilir.

Aşağıdakı hissə əlavə edilir:

"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər".


4165 oxunub

InvestAZ