XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



DİM sədrindən imtahan açıqlamaqsı
MƏMLƏKƏT 11:40 / 29.01.2021

Bu il də pandemiyanın təhsilə vurduğu zərbələr nəzərə alınıb və bu, qəbul qaydalarında öz əksini tapıb.

Bu sözləri   Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında proqrama aid sadələşmələr bir ay əvvəl hazırlanıb: "Buraxılış imtahanları sadələşdirilib. Bu barədə "Abituriyent" jurnalının xüsusi buraxılışında məlumatlar əksini tapıb. Hər bir imtahan hazırlaşan şəxs jurnalla tanış olmalıdır".

Məleykə Abbaszadə qeyd edib ki, DİM-in Yutub səhifəsində mütəxəssislər proqramlardakı dəyişikləri abituriyentlərə izah edəcəklər.

DİM sədri əlavə edib ki, Azərbaycan dili imtahanında da dəyişikliklər var: "Dinləmə mətni yenə də olacaq. Lakin yazılı şəkildə tələb olunan suallar bu il imtahanlara salınmayacaq. Bir daha qeyd edim ki, apreldə 11-ci siniflərin buraxılış imtahanı, mayda ali təhsil müəssisələrinə qəbul imtahanının birinci sessiyası keçiriləcək. Eyni zamanda tədris dili fərqli olan siniflərdə may ayında Azərbaycan dili imtahanı keçiriləcək. May ayında rezidenturaya qəbul imtahanının birini hissəsi, iyul ayında isə Aai məktəblərə qəbulun ikinci şansı baş tutacaq".(teleqraf.com)


3359 oxunub

InvestAZ