XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Oğuzda şəhid atasından rüsvayçı hərəkət
MƏMLƏKƏT 12:25 / 28.12.2020

Oğuzda şəhid Elman Babayevin atası Telman Fətullah oğlu Babayev oğlunun şəhid adından istifadə edərək, rüsvayçı bir addım atıb.

Bu barədə şəhidimizin anası Lalə Həsənova məlumat verib. O bildirib ki, keçmiş ərindan 21 ildir ayrılıb:

"Elman körpə ikən atası bizi atıb gedib. Bir qızım və bir oğlumla baş-başa qalmışam. Onları nə əzab-əziyyətlə böyütdüyümü uzun-uzadı danışmaq istəmirəm. Amma mən onları elə böyütmüşəm ki, heç vaxt əziyyət çəkməsinlər, atasızlığı hiss eləməsinlər. Bu Telman adlı şəxs ayrılandan sonra nə oğlunu, nə qızını axtarıb. Bir manat belə aliment verməyib. Onları təkbaşına böyütmüşəm, oxuyublar, ailə qurublar. Heç birindən xəbəri olmayan "ata” oğlum şəhid olandan sonra peyda olub. Utanmadan Oğuzda Dövlət Məşğulluq Agentliyinə müraciət edərək, durumunun pis olduğunu bildirib və mal-qara istəyib”.

L.Həsənova deyib ki, baş verənlərə oğlunun xatirinə susurmuş:

"Amma bu şəxs bununla kifayətlənməyib. Mal-qara aldıqdan sonra həmin prosesi işıqlandırmaq üçün gələn şəxslər "Şəhidimizin anası hardadır” deyə soruşanda, o ikinci dəfə ailə qurduğu xanımı göstərərək, ”budur” deyib. Bu, mənim oğlumun şəhid adına və mənə qarşı tərbiyəsizlikdir. Hələ bu azmış kimi indi də evini təmir etdirmək arzusundadır. Biz balamınızın yasını verərkən, bu şəhid puluna tamah edirmiş. Mən bunları dilə gətirməyə belə utanıram, o isə şəhid balasının adından hər yerə müraciət edərək, nəsə istəməyə utanmır”.

Qeyd edək ki, Elman Babayev Murov istiqamətində döyüşlərdə böyük qəhrəmanlıq göstərərək, şəhid olub. O, oktyabrın 4-də Oğuz rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin bir oğlu və hələ doğulmamış bir körpəsi yadigar qalıb.

Allah rəhmət eləsin!

(axar.az)


8979 oxunub

InvestAZ