XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Abşeronda sakinlər təxliyə edildi
MƏMLƏKƏT 08:37 / 30.11.2020

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən  verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.52 elektrik sayğacı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

Yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


2071 oxunub

InvestAZ