XƏBƏR LENTİ
14 May 2021
13 May 2021
15:12
12 May 2021



Ən çox çəki artıran qidalar - Bunlardan uzaq durun
Sağlamlıq 11:58 / 12.11.2020

Mütəxəssislər ən çox çəki aldıran qidaları araşdırıblar.

Həmin araşdırmanı təqdim edirik:

İşlənmiş ətlər

"The New England" Tibb jurnalında yayımlanan araşdırmaya görə, işlənmiş ətlə qidalanmaq 4 ildə əlavə yarım kilo almağa səbəb olur. Sosiska, kalbasa kimi işlənmiş ət qidaları insanı kökəldir.

Diet içkilər

"Imperial College London"un araşdırmasına görə, aşağı kalorili, şirinləşdiricili içkilərin şəkərli içkilərlə müqayisədə kilo itirməsinə faydası olduğuna dair hansısa nəticəyə rast gəlinməmişdir.

Çipsilər

Çipsilərin heç bir zaman sağlam qida olaraq düşünülməyib. Harvard Universitetində aparılan bir araşdırmaya görə, son 4 ildə çipsilər ən çox çəki aldıran qidaların birincisidir.

Kartof qızartması

Harvard Universitetinin apardığı eyni araşdırmada siyahıda ikinci yeri kartof qızartması tutur. Kartof qızartması tək başına 4 ildə əlavə 1.500 qram çəki almağa səbəb olur.

Alkoqol

Alkoqoldan aldığınız kalori asan şəkildə yağa çevrilmir. Amma bu alkoqolun çəki aldırmaması demək deyil. Çünki burada onun yanında yediyiniz qida da önəmlidir.

"Academy of Nutrition and Dietetics" jurnalında yayımlanan bir araşdırmaya görə, alkoqol qəbulu gündə 384 kalori almağa səbəb olur.

"Light" və ya diet məhsullar da artıq çəkiyə səbəb olan qidalardan biridir. Hazırda demək olar ki, bütün məhsulların normal və dietik növləri var. Bununla belə, "light" məhsullarda adətən itirilən ləzzəti geti gətirmək üçün sodium, yağ və digər toksiklərdən, əlavə şirinləşdiricilərdən istifadə edilir. Buna görə də mütləq bu tərz qidalardan uzaq durun.

Ağ çörək

Həkimlər bildirirlər ki, ağ çörək yemək bel bölgəsindən kilo almağımıza səbəb olur. Buna görə də tam taxıllı çörəklər yeyilməlidiri. Onların glisemik indeksi aşağı olduğuna görə, insanı daha çox tox saxlayır.

medicina.az
3659 oxunub

InvestAZ