XƏBƏR LENTİ
27 İyul 2021
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021



Koronavirusu asimptomatik keçirmək risklidirmi?
Sağlamlıq 11:52 / 12.11.2020

Allerqoloq-immunoloq Vladimir Bolibok asimptomatik koronavirus infeksiyasına yoluxmağın insan üçün ən yaxşı seçim olduğuna inandığını bildirib.

Həkim bu barədə NSN-in efirində danışıb.

"İnfeksiyanın asimptomatik gedişi insan üçün təhlükəli deyil, heç bir ağrı hiss etmir, sağlamlıq vəziyyətində iltihab və anormallıq olmur”, - Bolibok bildirib.

Bundan əlavə, həkim vurğulayıb ki, hər şey yalnız infeksiya ilə məhdudlaşdığından asimptomatik gedişə xəstəlik deyilə bilməz.

"Asimptomatik yoluxma yolu xəstəlik deyil, insan infeksiyaya yoluxur, bir müddət selikli qişada yaşayır, sonra immun sistemi reaksiya verir və bu virusa qarşı antikorlar inkişaf etdirir və burada yoluxucu proses başa çatır. Odur ki, xəstəliyi asimptomatik keçirmək ən yaxşısıdır”, - Bolibok qeyd edib.


4515 oxunub

InvestAZ