XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



Ermənilər Tərtərə 15 698 top mərmisi atdı
MƏMLƏKƏT 11:51 / 03.11.2020

Yenisəs az. xəbər verir ki, sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilikdə 15 698 top mərmisi atılıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 915 evə ziyan dəyib, 135 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.


2920 oxunub

InvestAZ