XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



Düşməni darmadağın edən igid hərbçilərimiz - Onları tanıyaq - FOTO
MƏMLƏKƏT 09:59 / 03.11.2020

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

Bu barədə Yenises.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu isə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Leytenant Düniyev Azad Vüqar oğlu da igidliyi ilə seçilən zabitləmizdəndir.

O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

O, düşmənin canlı qüvvəsini və atəş vasitəsini məhv edib.


3219 oxunub

InvestAZ