XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEOREPORTAJ
MƏMLƏKƏT 11:42 / 02.11.2020

Bir müddət əvvəl hər kəs işğaldan azad edilən Suqovuşana Azərbaycan bayrağını sancan qəhrəmandan danışırdı - İlkin Fərzəliyevdən.

Atası Azad Fərzəliyev oğlu ilə bayrağı sancmazdan öncə danışdığını deyir:

"Oğlumla danışanda təkcə bunu dedim: o bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma, nə olar?!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır”.

İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.

Daha ətraflı AZTV-nin videoreportajında:


2725 oxunub

InvestAZ